Qondarma Dağlıq Qarabağ Respublikası Prokurorluğu bir neçə gün öncə girov götürülən azərbaycanlılar – Şahbaz Quluiyev və Dilqəm Əhmədova qarşı cinayət işi açıb.
Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onların üzərindən döyüş silahları və mərmilər aşkar olunub. Əməliyyat zamanı öldürülən 3-cü azərbaycanlı barəsində məlumatlar dəqiqləşdirilir.
Hazırda azərbaycanlı girovların Xankəndində, qondarma rejimin təhlükəsizlik orqanlarının təcridxanasında saxlanıldığı bildirilir.
çap et