525.Az

Sahibə Qafarova BMT-də Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə həsr olunmuş guşəni ziyarət edib


 

Sahibə Qafarova BMT-də Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə həsr olunmuş guşəni ziyarət edib<b style="color:red"></b>

Martın 30-da Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən xəbərə görə, ziyarətçilər həlak olanların xatirəsini yad edib, burada yaradılmış sərgi ilə tanış olublar.

Sonda ziyarətçilər xatirə kitabını imzalayıblar.

 





31.03.2023    çap et  çap et