525.Az

"Wells Fargo" 97,8 milyon dollar cərimələnib


 

"Wells Fargo" 97,8 milyon dollar cərimələnib<b style="color:red"></b>

Federal Ehtiyat Sistemi və Xarici Aktivlərə Nəzarət İdarəsi "Wells Fargo"nu sanksiyalar riskinə kifayət qədər nəzarət etmədiyi üçün 97,8 milyon dollar cərimələyib.

525.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) "Wells Fargo"ya sanksiyalara uyğunluq risklərinə keçmişdə qeyri-adekvat nəzarət etdiyi üçün tətbiq etdiyi cəza ilə bağlı açıqlama verib. Belə ki, bankın təhlükəli və əsaslı olmayan təcrübələrinə görə 67,8 milyon dollar cərimələndiyi açıqlanıb. "Wells Fargo"nun qeyri-adekvat nəzarəti banka 2010-2015-ci illər arasında qadağan olunmuş əməliyyatların təqribən 532 milyon ABŞ dolları məbləğində emal edilməsi üçün xarici banka platforma təqdim etməklə ABŞ-nin sanksiya qaydalarını pozmağa imkan verib.

Qeyd edək ki, açıqlamada bu pozuntulara görə Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən "Wells Fargo"ya tətbiq edilən ümumi cərimələrin 97,8 milyon dollar olduğu bildirilib.

Məhəmməd Tağıyev

 





31.03.2023    çap et  çap et