525.Az

ABŞ Senatı Türkiyə və Suriyaya dəstək qanun layihəsini təsdiqləyib


 

ABŞ Senatı Türkiyə və Suriyaya dəstək qanun layihəsini təsdiqləyib<b style="color:red"></b>

ABŞ Senatı zəlzələ fəlakəti ilə əlaqədar Türkiyə və Suriyaya dəstək layihəsini qəbul edib. Qətnamə layihəsində iki ölkənin yenidənqurma səylərinə dəstək çağırışı edilib.

525.az xəbər verir ki, ABŞ Konqresi Türkiyə və Suriyada zəlzələ fəlakətindən zərər çəkənlərə dəstəyin göstərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Fevralın 16-da təqdim edilən qərar layihəsində zəlzələlərdə çoxlu sayda insanın həyatını itirdiyi, minlərlə insanın zərər çəkdiyi xatırladılıb. Senatorlar ABŞ hökumətini iki ölkənin yenidənqurma səylərini dəstəkləməyə çağırıb. Hökumət axtarış-xilasetmə və yanğınsöndürmə qrupları, struktur mühəndisləri, tibb personalı, təchizat və texniki ekspertlərdən dəstək verməyə dəvət edilib.

Qeyd edək ki, həmrəylik mesajı verilərək, 1939-cu ildən bəri ən güclü zəlzələlərin Türkiyədə baş verdiyi vurğulanıb.

Məhəmməd Tağıyev

 





31.03.2023    çap et  çap et