525.Az

Çin nüvə silahının başqa ölkələrə ötürülməsinə qarşıdır


 

Çin nüvə silahının başqa ölkələrə ötürülməsinə qarşıdır<b style="color:red"></b>

Çin nüvə silahının başqa ölkələrə ötürülməsinə və öz ərazilərindən kənarda yerləşdirilməsinə qarşıdır.

525.az "Lent.ru"ya istinadən xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Gen Şuanq deyib. 

“Biz nüvə silahlarının ötürülməsinə qadağa qoyulmasının tərəfdarıyıq ki, heç bir nüvə ölkəsi öz nüvə silahlarını xaricə köçürməsin və onları öz ölkələrindən kənarda yerləşdirməsin”, - Şuanq bildirib.

Şuanq xatırladıb ki, 2022-ci ildə nüvə ölkəsinin beş lideri nüvə müharibəsində qalib gəlməyin mümkün olmadığını bəyan ediblər, çünki belə bir münaqişənin yaranmasına yol vermək olmaz. Çin bütün nüvə güclərini öz öhdəliklərinə sadiq qalmağa və nüvə müharibəsi riskini azaltmaq üçün nüvə dövlətləri arasında münaqişələrdən qaçmağa çağırır.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək qərarına cavab olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, rəsmi Kiyev Böyük Britaniya, Çin, ABŞ və Fransadan, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Kremlin qərarlarına qarşı təsirli addımlar gözləyir. 

Havar Şəfiyeva

 





31.03.2023    çap et  çap et