525.Az

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 101 avtomobili maneəsiz keçib


 

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 101 avtomobili maneəsiz keçib<b style="color:red"></b>

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkətinə növbəti dəfə şərait yaradılıb.

525.az xəbər verir ki, daha 1 minik və 1 yük avtomobil Laçından Xankəndi, 2 yük avtomobil isə Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. 

Bu gün ümumilikdə 101 humanitar yardım maşınının keçidinə heç bir məhdudiyyət qoyulmayıb.

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 110 gündür davam edir.

Qeyd edək ki, Rusiya sülhməramlılarının nəzarətindəki yolun Şuşadan keçən hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Loğman Avaz

 





31.03.2023    çap et  çap et