|
|
|
|
Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı yaranan izdihamda 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Kəraçi şəhərinin Site rayonundakı bir fabrik işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb. Qida məhsulları olan bağlamanın paylanmasında təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdihamda 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Polis ərzaq yardımı aksiyasını təşkil edən 7 nəfəri saxlayıb.
Qeyd edək ki, martın 27-də Hayber Paxtunxva və Pəncab əyalətlərində hökumətin pulsuz un payladığı zaman da 2-si qadın olmaqla 7 nəfər izdihamda həlak olub.
Malik Atilay