525.Az

Əfqanıstanda son bir həftədə daşqınlar nəticəsində 10 nəfər ölüb


 

Əfqanıstanda son bir həftədə daşqınlar nəticəsində 10 nəfər ölüb<b style="color:red"></b>

Son bir həftədə Əfqanıstanın 23 əyalətində daşqın nəticəsində 10 nəfər həyatını itirib. 

525.az Taliban hökumətinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Dövlət Nazirliyinin sözçüsü Rəhiminin mətbuata açıqlamasına istinadən bildirir ki, Əfqanıstanın 23 əyalətində ötən həftə yağan yağışlar nəticəsində daşqınlar baş verib. 

Daşqınlarda 10 nəfərin həyatını itirdiyini qeyd edən Rəhimi 76 nəfərin isə yaralandığını bildirib. Rəhimi sel altında qalan 1800 evin yararsız hala düşdüyü, 22 min hektar əkin sahəsinin dağıldığı barədə məlumat paylaşıb. Nazirlik sözçüsü qeyd edib ki, ən çox zərər Pervan və Bəlx əyalətlərində müşahidə olunub.

Malik Atilay

 





31.03.2023    çap et  çap et