525.Az

"ChatGPT" İtaliyada qadağan edilib


 

"ChatGPT" İtaliyada qadağan edilib<b style="color:red"></b>

"OpenAI" texnologiya şirkəti tərəfindən hazırlanmış süni intellekt robotu "ChatGPT" istifadəçi məlumatlarının saxlanması ilə bağlı qanunvericiliyi pozduğu və istifadəçilərin yaşını yoxlamadığı üçün İtaliya hökuməti tərəfindən qadağan edilib.

525.az İtaliya mediasına istinadən xəbər verir ki, süni intellektə əsaslanan "OpenAI" startapı tərəfindən hazırlanmış və son aylarda məşhur olan "ChatGPT" süni intellekt robotu İtaliya hakimiyyəti tərəfindən qadağan edilib. İtaliya Məlumatların Mühafizəsi Təşkilatından verilən açıqlamada tətbiqin istifadəçi məlumatlarına hörmət etmədiyi və istifadəçilərin yaşını yoxlaya bilmədiyi bildirilib. Qurum martın 20-də tətbiqin istifadəçi söhbətləri və ödəniş məlumatlarını əhatə edən məlumatların pozulmasına məruz qaldığını qeyd edib.

Məhəmməd Tağıyev

 





31.03.2023    çap et  çap et