525.Az

Üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat yekunlaşıb


 

Üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat yekunlaşıb<b style="color:red"></b>

Üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.

525.az xəbər verir ki, fevralın 17-dən başlayan mərhələ martın 31-i saat 18:00-da tamamlanıb. Bu müddətdə 13 min 474 şəxs qeydiyyatdan keçib. Bununla da, üçüncü "Yüksəliş" müsabiqəsinə qeydiyyat üçün müraciət ötən illərlə müqayisədə daha çox qeydə alınıb. Qeydiyyatdan keçənlərin 10237-si kişi, 3237-si qadındır. İkinci müsabiqəyə qeydiyyat üçün müraciət edən 6268 namizəd ilk müsabiqədə də iştirak edib.

Hazırda müsabiqənin İşçi qrupu qeydiyyatdan keçən şəxslərin qeydiyyat zamanı daxil etdikləri məlumatların yoxlanılmasını həyata keçirir.

Qarşıda iştirakçıları Ümumi biliklər üzrə onlayn mərhələnin ilk sınaq imtahanı gözləyir. İmtahanda Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər üzrə 4 blok və hər bloka aid 25 sual təqdim olunacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezidentini 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti – üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı  Prezident tərəfindən 2022-ci il 20 dekabr tarixində Sərəncam imzalanıb.

Sevinc Qarayeva 

 





31.03.2023    çap et  çap et