525.Az

Elm və təhsil naziri Göygöldə 5 nömrəli məktəbdə olub


 

Elm və təhsil naziri Göygöldə 5 nömrəli məktəbdə olub<b style="color:red"></b>

Elm və təhsil naziri Emin Əmrullayev Göygöl şəhəri E.Vəliyev adına 5 nömrəli tam orta məktəbdə olub.

Bu barədə 525.az-a nazirlikdən məlumat verilib.

Əvvəlcə məktəbin foyesində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Daha sonra icmaəsaslı məktəbəqədər təhsil qrupu, peşə təmayüllü siniflərdə tədris və məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev müəllim və şagirdlərlə görüşüb, onlarla söhbət edib.

Bildirilib ki, məktəb binası 2006-cı ildə tikilərək istifadəyə verilib. Hazırda məktəbdə 900-dən çox şagird təhsil alır.

Sevinc Qarayeva 

 





31.03.2023    çap et  çap et