525.Az

Qardaşı oğlunu qətlə yetirən şəxsə hökm oxunub


 

Qardaşı oğlunu qətlə yetirən şəxsə hökm oxunub<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Tahir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, T. Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, T. Əliyev şəxsi münaqişə zəminində qardaşı oğlu İlham Əliyevi bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir.
 
O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.  
 





15.07.2014    çap et  çap et