525.Az

Şuşaya qar yağıb, yolları buz bağlayıb


 

Şuşaya qar yağıb, yolları buz bağlayıb<b style="color:red"></b>

Ötən gün axşam saatlarından yağan qar, Şuşa şəhərində nəqliyyat vasitələrinin hərəkətində bəzi çətinliklər yaradıb.

525.az APA-ya istinadən xəbər verir ki, gecə boyu yağan qar Şuşa şəhər daxili və dağ yollarında gediş-gəlişi məhdudlaşdırıb. Gecə temperaturun aşağı düşməsi Şuşa rayonun dağ yollarının bəzi yerlərində buzlamaya səbəb olub.

Şəhərin və dağ yollarının qardan təmizlənməsi üçün yollara texnikalar cəlb olunub.

Hazırda qar yağışı davam edir.

 





01.04.2023    çap et  çap et