525.Az

POS-terminalların sayı fevralda 25 faiz artıb


 

POS-terminalların sayı fevralda 25 faiz artıb<b style="color:red"></b>

Bu ilin fevralında bankomatların sayı 2,7 faiz, POS-terminalların sayı 25 faiz artıb.

525.az Mərkəzi Banka istinadən xəbər verir ki, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur.

Fevralın 28-nə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 490, şöbələrinin sayı 94, ATM-lərin sayı 3003 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0,7 faiz və ya 170 nəfər artaraq 23 min 40 nəfər təşkil edib.

 





01.04.2023    çap et  çap et