525.Az

Ermənistanda hərbçilər arasında atışma - ölən var


 

Ermənistanda hərbçilər arasında atışma <b style="color:red">- ölən var</b>

Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölümlə nəticələnən hadisə olub.

525.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqində qeydə alınıb.

Əlverişsiz hava şəraitində yanlışlıqla erməni hərbçilər bir-biri ilə atışmaya girib. Nəticədə, hərbi qulluqçu Qraçya Saruxanyan ölüb, daha 1 hərbi qulluqçu isə yaralanıb.

İnsidentin səbəbləri araşdırılır (APA).

 





01.04.2023    çap et  çap et