|
|
|
|
Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
525.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şahbuz rayon Kiçikoba kəndində qeydə alınıb.
Belə ki, Şahbuz rayon Külüs kənd sakini Sadiq Şıxəliyevin idarə etdiyi avtomobil işə gedən 1975-ci il təvəllüdlü ana Nəcəfova Mərcan Bağır qızı və oğlu 2003-cü il təvəllüdlü Nəcəfov Anar Qəmbər oğlunu vurub. Qəza nəticəsində M.Nəcəfova ölüb.
A.Nəcəfov isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanomasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.