525.Az

Naxçıvanda qəza: ana ölüb, oğlu yaralanıb


 

Naxçıvanda qəza: ana ölüb, oğlu yaralanıb<b style="color:red"></b>

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şahbuz rayon Kiçikoba kəndində qeydə alınıb.

Belə ki, Şahbuz rayon Külüs kənd sakini Sadiq Şıxəliyevin idarə etdiyi avtomobil işə gedən 1975-ci il təvəllüdlü ana Nəcəfova Mərcan Bağır qızı və oğlu 2003-cü il təvəllüdlü Nəcəfov Anar Qəmbər oğlunu vurub. Qəza nəticəsində M.Nəcəfova ölüb.

A.Nəcəfov isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanomasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 





01.04.2023    çap et  çap et