525.Az

Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı açıqlanıb


 

Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı açıqlanıb<b style="color:red"></b>


Azərbaycan idmançılarının ötən ay beynəlxalq turnirlərdə qazandıqları medalların sayı bəlli olub.

525.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib.

Nazir ay ərzində yarışlarda 70-dək medalın əldə olunduğunu vurğulayıb: "Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate və digər idman növlərində uğurlarımız oldu".

Fərid Qayıbov 23 yaşadək sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl ikinci dəfə Avropa çempionu olduğunu xatırladıb: "3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamızın 140 xalla titulunu qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir".

 





01.04.2023    çap et  çap et