525.Az

Ayxan Hacızadədən iranlı həmkarına cavab


 

"AZƏRBAYCANA QARŞI İDDİALARLA BAĞLI MÖVQEYİMİZİ AÇIQLAMIŞIQ"

Ayxan Hacızadədən iranlı həmkarına cavab<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavab verib .

525.az xəbər verir, ki Azərbaycan XİN sözçüsü bu barədə tviter hesabında paylaşım edib.

"Azərbaycanla qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır. Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər", paylaşımda deyilir.

Qeyd edək ki, İran XİN sözçüsü tviter hesabında paylaşım edərək, Azərbaycan tərəfinin İran XİN suallarına cavab vermədiyini bildirmişdi

 





01.04.2023    çap et  çap et