Roma Papası Fransisk xəstəxanadan buraxılıb.
525.az BBC-yə istinadən xəbər verir ki, Roma Papası Fransisk üç günlük müalicədən sonra Romada xəstəxanadan çıxarkən "hələ də sağam" deyə zarafat edib.
Xatırladaq ki, o martın 29-da tənəffüs çətinliyi ilə Gemelli Xəstəxanasına yerləşdirilib və daha sonra Papa Fransiskə bronxit diaqnozu qoyulub.
Vatikan daha əvvəl bildirmişdi ki, pontifikin son test nəticələri buna icazə verərsə,o, şənbə günü xəstəxanadan buraxılacaq (APA).