525.Az

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb


 

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb<b style="color:red"></b>

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb.

525.az-a bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 1-də saat 02:30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Yardımlı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlər nəticəsində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik vasitənin və 1500 ədəd metadon M-40 psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 3 (üç) nəfər Yardımlı rayonunun Avaş kənd sakini şübhəli şəxs qismində saxlanılmışlar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 





01.04.2023    çap et  çap et