525.Az

ABŞ səfirliyi 2023-2025 GİPA Jurnalistika üzrə Magistr Proqramını elan edir


 

ABŞ səfirliyi 2023-2025 GİPA Jurnalistika üzrə Magistr Proqramını elan edir<b style="color:red"></b>

ABŞ səfirliyi Azərbaycan vətəndaşları olan namizədlər üçün Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan edir.

Bu barədə "525.az"a ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Müsabiqəyə jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilər.

Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

ABŞ-nin Bakıdakı səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək.

Müraciət edənlər arasından seçiləcək 5 namizəd 2023-cü ilin sentyabrından 2025-cü ilin iyununa qədər dörd semestr ərzində təhsil alacaq.
Sənədlərin qəbulu üçün son tarix 30 aprel 2023-cü ildir.

GIPA proqramına tələb olunan sənədlərin siyahısı:

1. Ərizə forması

2. Tövsiyə məktubları

3. Təhsil məqsədləri haqqında bəyanat

4. Diplomların surəti*

5. Diplom əlavələri

6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti

* Qeyd: 2022-ci ildə universiteti bitirmiş, lakin diplomlarını vaxtında ala bilməyən məzunlar universiteti bitirdiklərini təsdiq edən müvəqqəti sənəd/arayış təqdim edib proqramda iştirak edə bilərlər. Onların 1 avqust 2023-cü il tarixinədək diplomlarını qəbul komissiyasına təqdim etməsi şərtdir.

Əlavə məlumat və GİPA Jurnalistika üzrə magistr proqramının ərizə formasını əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

https://drive.google.com/file/d/1LbG4xgC2aNNrv1axgjy7O-nvF4N-Kb9h/view?usp=sharing

 





01.04.2023    çap et  çap et