525.Az

Qəzada motosikletçinin əli sınıb


 

Qəzada motosikletçinin əli sınıb<b style="color:red"></b>

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

525.az “Report”a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü İmanov Elçin Fikrət oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

 

 





02.04.2023    çap et  çap et