https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg "Əziz dost" haqqında söz - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-10/285761_y8sfr58ofm.jpg "Teatr sənətinin inkişafı həm də milli mədəniyyətin inkişafı deməkdir"
https://525.az/img/pics/medium/2023-10/285762_xo02r5oejb.jpg "İki gənc kəndçi qadın" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-10/285753_o5w3du1i12.jpg Vətəndən pay olmaz
search
5 Oktyabr 2023
4 Oktyabr 2023

Böyük Dəbilqə: Daha dörd cüdoçumuz mübarizəyə başlayır

Böyük Dəbilqə: Daha dörd cüdoçumuz mübarizəyə başlayır

Azərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayacaq.

525.az xəbər verir ki, son olaraq 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində İvaylo İvanov (Bolqarıstan) / Paul Kibikay (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Li Namhunun (Cənubi Koreya) müqavimətini qırmağa çalışacaq.

100 kq-dan yuxarı çəkidəki idmançılardan Uşangi Kokauri 1/16 finalda Yevgeni Balyevski (Ukrayna) / Qalimjan Krikbay (Qazaxıstan) duelinin güclüsü ilə görüşəcək. Eyni çəkidəki Camal Qamzatxanov 1/32 finalda Şoxrux Mamarasulovla (Özbəkistan) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.