|
|
|
|
Bakının Nərimanov rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.
525.az APA-ya istinadən xəbər verir ki, hadisə Fətəli Xan Xoyski küçəsində baş verib.
Belə ki, 1973-cü il təvəllüdlü Ağayeva Afaq Elya qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.