525.Az

Qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdirilib


 

Qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdirilib<b style="color:red"></b>

Bakı metropoliteni iş günlərində qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlinə dəyişikliklər edib.

525.az-a bu barədə qurumdan bildirilib.

Şənbə və bazar günlərinin cədvəlləri buna qədər olduğu kimi saxlanılıb.

Yenilənmiş cədvəllər Bakı metropoliteninin rəsmi saytında müvafiq bölməyə yerləşdirilib (http://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli).

Dəyişikliklər aprel ayının 3-dən qüvvəyə minəcək.

 





02.04.2023    çap et  çap et