|
|
|
|
Rusiya qüvvələri gün ərzində Ukraynanın Xarkov vilayətinin 14 yaşayış məntəqəsini atəşə tutub.
525.az "Ukrinform"a istinadən xəbər verir ki, hücum zamanı ölən və yaralananlar var.
Bundan əlavə, Rusiya qoşunları Xerson vilayətini də sutkada 60 dəfə atəşə tutub.
Bu vilayətdə də dinc əhali arasında ölən və yaralananların olduğu bildirilib.