525.Az

Yağıntılı hava şəraiti bu gün dayanacaq


 

Yağıntılı hava şəraiti bu gün dayanacaq<b style="color:red"></b>

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 2-si gündüzdən tədricən kəsiləcək, ayın 3-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

525.az-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Qeyd edək ki, aprelin 2-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, aprelin 1-i gündüzdən qərb küləyi tədricən mülayimləşib.

 





02.04.2023    çap et  çap et