https://525.az/img/pics/medium/2023-06/272416_2cfsvnvvoy.jpg Əlisa Nicatın yeni uydurmalarına cavab
https://525.az/img/pics/medium/2023-06/272352_aeamy9fnky.jpg “525-ci qəzet”in 10 iyun sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-06/272191_bmo3t94o6g.png Natiqlik sənətinə yiyələnmək: mühüm anlayışlar, əsas istiqamətlər
https://525.az/img/pics/medium/2023-06/272231_lojw6gd0bs.jpg Yetkin elm adamı, sözübütöv insan
search
10 İyun 2023
9 İyun 2023

"Formula 1": Bakı Marşal Klubu məktəblilər üçün təlim keçib

"Formula 1": Bakı Marşal Klubu məktəblilər üçün təlim keçib

Bakıda keçiriləcək növbəti "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində məktəblilər üçün təlim keçib.

525.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, BŞH-nın nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunun təlimlərində SABİS, Landau, 132 və 134 saylı məktəblərin şagirdləri iştirak ediblər.

Ümumilikdə 75 məktəbli "Formula 1" avtoidmanı və marşallıq fəaliyyəti ilə bağlı keçirilən təlimdə nəzəri-praktiki biliklərə yiyələnib.

Təlim zamanı "Formula 1" maşınlarının texniki xüsusiyyətləri, marşalların bu idman növündə rolu və onların fəaliyyətinin əhəmiyyəti barədə məlumat verilib. Bununla yanaşı, şagirdləri maraqlandıran bütün suallar cavablandırılıb. Sonda isə məktəblilərə hədiyyələr və sertifikatlar təqdim olunub.

Təlimdən sonra şagirdlər Azərbaycan Avtomobil Federasiyası sürücülərinin Volkicar maşınları ilə göstərdiyi şounu izləyiblər.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.