525.Az

Bakıya aylıq normadan çox yağıntı düşüb


 

Bakıya aylıq normadan çox yağıntı düşüb<b style="color:red"></b>

Yağıntıların qeyri bərabər paylanması uzun çəkən azyağıntılı dövrdən sonra, yağıntının bir gündə aylıq normanı üstələməsi halları, son illərin səciyyəvi tendensiyasına çevrilir.

525.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Rafiq Verdiyev bildirib ki, aprel ayının iki günü tamamlanmamış, artıq Abşeron yarımadasında intensiv yağıntı aylıq normanı aşıb, toplam 36 mm-lik miqdarla aylıq norma 152 faizə çatıb.

Bu da son 21 il ərzində ən yüksək göstəricidir: "Son dəfə 2013-cü il aprelin 24-də Bakıda 26 mm yağıntı düşmüşdü ki, bu da aylıq normanın 113%-ni təşkil etmişdi".

Xidmət rəisinin sözlərinə görə, regionlarda müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib və bu cür halların təkrarlanması, çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir”.

 





02.04.2023    çap et  çap et