Azərbaycan UNESCO-nun “İpək Yolları” proqramını ildönümünü qeyd edəcək.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında daimi Nümayəndəliyi məlumat yayıb.
Qeyd edilir ki, aprelin 6-da UNESCO-nun “İpək Yolları” proqramının 35-ci ildönümü Azərbaycan, Çin, Qazaxıstan, Monqolusan, Oman tərəfindən qeyd olunacaq.
“Proqrama forum, sərgi, film nümayişi, elmi simpozium və konsert daxildir. Hamınızı şənlikdə gözləyirik!”, - nümayəndəlikdən bildirilib.