525.Az

Portuqaliyada minlərlə insan etiraz aksiyaları keçirib


 

Portuqaliyada minlərlə insan etiraz aksiyaları keçirib<b style="color:red"></b>

Portuqaliyanın paytaxtı Lissabonda və digər şəhərlərdə minlərlə insan yüksək inflyasiya fonunda kirayə haqqı və evlərin qiymətinin qalxmasına etiraz olaraq küçələrə çıxıb.

525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Avropa ölkəsində ən aşağı maaşlar və inflyasiya fonunda mənzillər bahalaşıb. Portuqaliya Nazirlər Kabinetinin məlumatına görə, keçən il ölkədə işçilərin 50%-dən çoxu ayda 1 000 avrodan az maaş alıb. Minimum əmək haqqı 760 avrodur.

İnflyasiya fonunda evlərin qiyməti və kirayə haqlarılər 2015-ci ildən indiyədək 65% artıb. “İmovirtual” mənzil portalının araşdırmasına görə, Lissabonda mənzil kirayəsinin orta qiyməti təxminən 1 350 avro təşkil edir.

Sığorta brokerləri “CIA Landlords” tərəfindən aparılan araşdırmaya görə, Lissabon aşağı əmək haqqı və yüksək kirayə haqları səbəbindən dünyada yaşamaq mümkün olmayan üçüncü şəhərdir. Portuqaliyanın hazırkı 8,2% inflyasiya səviyyəsi problemi daha da dərinləşdirib.

 





02.04.2023    çap et  çap et