525.Az

“BBC”-nin jurnalistləri tətil edəcək


 

“BBC”-nin jurnalistləri tətil edəcək<b style="color:red"></b> “BBC”-sinin əməkdaşları iyulun 23-də əmək haqlarının artırılması tələbi ilə tətil edəcək.
 
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, etiraz aksiyasına jurnalistlərlə yanaşı, yayım şirkətinin texniki əməkdaşları da qatılacaq.
 
Milli Jurnalist Birliyi hesab edir ki, son 5 ildə “BBC” jurnalistlərinin gerçək maaşları 10 faiz azalıb. Bundan başqa təşkilatçılar qeyd edib ki, maliyyə xərclərinin böyük bir hissəsi direktorların maaşına və bonusuna sərf edilir.
 
Jurnalistlər Birliyinin baş katibi Mişel Stenistritin sözlərinə görə, menecerlər özlərinin “səxavətli” əmək haqları ilə zövqü-səfada yaşadıqları halda, tabeliklərində olanları “kəmərlərini bərkitmək üçün səhər yeməyi” ilə doyururlar.
 
Baş katib bildirib ki, rəhbərliyin maaşını 150 min funt sterlinq səviyyəsində qalmalı, qalan maliyyəni isə tabeliklərində olanların əmək haqlarının artırılmasına sərf etmək lazımdır.
 
Tətil ideyasını Jurnalistlər Birliyinin 77 faizi, Britaniya teleradio yayım işçilərinin ən nəhəng “BECTU” Həmkarlar Təşkilatının 79 faizi  dəstəkləyib.
 
“BBC” ildə 50 min funt qazanan əməkdaşların əmək haqlarını 650 funt artırmağı təklif edib.
 
Tətil Britaniyada  Əməkdaşlıq Oyunları keçirilən gün başlayır. Bu baxımdan idman oyunlarının yayımı təhlükə altında qala bilər.
 
“BBC”-nin təmsilçisi isə bildirib ki, izləyicilərin oyunlara baxması üçün şirkət bütün imkanlardan istifadə edəcək.
 
Xatırladaq ki, “British Broadcasting Corporation” – “BBC” İngiltərədə krallıq beratı altında və dövlətin maliyyə vəsaiti ilə  fəaliyyət göstərən yayım quruluşudur. 1922-ci il oktyabrın 18-də təsis edilib. 1954-cü ildə televiziya şirkəti qurulub. Quruluşun radiosu, internet saytı da  fəaliyyət göstərir.
 
2012-ci ilin məlumatına əsasən, “BBC”-nin 23 min əməkdaşı var.
 





16.07.2014    çap et  çap et