525.Az

Ukrayna Rusiya əsirliyində olan 12 vətəndaşını geri qaytarıb


 

Ukrayna Rusiya əsirliyində olan 12 vətəndaşını geri qaytarıb<b style="color:red"></b>

Ukrayna Ombudsmanı Dmitro Lubinets Rusiya əsirliyində olan 5-i ağır yaralanan ümumilikdə 12 ukraynalını vətənə gətirdiklərini açıqlayıb.

525.az Lubinetsin sosial media hesabından verdiyi açıqlamaya əsasən xəbər verir ki, rusların əsir götürdükləri Ukrayna vətəndaşları geri qaytarılıb. "Bu gün biz əsirlikdə olan 12 ukraynalını vətənə gətirə bildik. Onlardan 5-i ağır yaralanıb", - Lubinets qeyd edib. Ombudsman, həmçinin açıqlamasında bildirib ki, bu, Ukraynanın ağır yaralı əsir düşmüş əsgərlərini martın 24-də Rusiyaya birtərəfli qaydada təhvil verməsinə cavab olaraq edilib. 

Ağır yaralananlardan 3-nün əsgər, 2-nin isə mülki şəxs olduğunu bildirən Lubinets əlavə edib ki, “Cenevrə razılaşmalarına görə, mülki şəxslər heç bir şəkildə əsir götürülməməlidir, lakin bildiririk ki, ruslar vətəndaşlarımızı girov götürüb və onlara lazımi tibbi yardım göstərilməyib”.

Ukraynanın öz vətəndaşlarının saxlandığı yerlərə çıxışı olması lazım olduğunu vurğulayan Lubinets, Rusiyanın Ukrayna vətəndaşlarının saxlandığı yerlərdə uyğun şərait yaratmadığını müdafiə edib. 

Lubinets beynəlxalq ictimaiyyəti beynəlxalq humanitar qanunlara riayət etmək və qanunsuz həbs edilmiş bütün Ukrayna vətəndaşlarını heç bir şərt olmadan azad etmək üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Malik Atilay

 





04.04.2023    çap et  çap et