Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin 1/10 miqyasında bənzəri tikilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə dünyaca məşhur Eyfel qülləsindən 200 metr irəlidə eynisi tikilib. 1 aprel zarafatı olduğu düşünülən qüllənin zarafat üçün tikilmədiyi ortaya çıxıb.
Eyfela adlı orijinal qüllənin 1/10 hissəsini təşkil edən qüllənin rəssam Philippe Maindron tərəfindən inşa edildiyi və aprelin 10-na qədər sərgilənəcəyi açıqlanıb.
Bildirilib ki, Eyfelanın təməli aprelin 1-də yerli vaxtla saat 05:25-də qoyulub, hündürlüyü 32 metrdir və 23 ton dəmirdən istifadə edilərək tikilib. Söz mövzusu qüllədə yazılmış qeyddə: "Doğum xəbəri, adım Eyfeladır, 1 aprel 2023-cü il şənbə günü saat 05:25-də Parisdə anadan olmuşam. Boyum 32 metr, çəkim 23 tondur. Anam mənə görə çox sevinib", - ifadəsi yer alıb.
Malik Atilay