525.Az

İlon Mask "Twitter"in loqosunu dəyişdi


 

İlon Mask "Twitter"in loqosunu dəyişdi<b style="color:red"></b>

İlon Mask "Twitter"in loqotipini "Dogecoin" ilə əvəz edib.

525.az xəbər verir ki, İlon Mask "Twitter" sosial media platformasında gündəm olacaq dəyişiklik edib. O, "Twitter"in loqotipini "Dogecoin" ilə əvəz edib. Loqo "Twitter"in ana səhifəsində göstərilməyə başladıqdan sonra "Dogecoin" 30 faizdən çox dəyər qazanıb. Dəyişiklikdən sonra şirkətdən rəsmi açıqlama verilməsə də, Mask atdığı tvitlə maraq doğurub.

Qeyd edək ki, tvitdə karikaturada Şiba iti avtomobil sürərkən tutulur və vəsiqəni polisə verir. Sürücülük vəsiqəsindəki mavi quş şəkli üçün isə "Bu köhnə şəkildir" yazılıb.

Məhəmməd Tağıyev

 





04.04.2023    çap et  çap et