525.Az
“Moskva metrosunda azərbaycanlılar xəsarət almayıb”
15 iyul tarixində Moskva metrosunda baş vermiş faciə ilə əlaqədar Moskva şəhər Səhiyyə İdarəsi tərəfindən mətbuat konfransı keçirilib.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, səfirliyin nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı idarənin rəhbəri Qeorqiy Qoluxov tərəfindən aparılıb. Qeorqiy Qoluxov bildirib ki, faciə nəticəsində 136 nəfər yaralanıb və 20 nəfər həyatını itirib.
Onların məlumatına görə yaralanan və həyatını itirənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Qeorqiy Qoluxov onu da vurğulayıb ki, qeyd olunan rəqəmlər dəyişə bilər.
16.07.2014
çap et