525.Az

Eldar İbrahimov: "Köhnə qvardiya"ya münasibət çox yüksək səviyyədədir"


 

Eldar İbrahimov: "Köhnə qvardiya"ya münasibət çox yüksək səviyyədədir"<b style="color:red"></b>

"YAP-ın "köhnə qvardiyası"na münasibət çox yüksək səviyyədədir. Partiyanın rəhbəri başda olmaqla, İcra Katibliyi hamıya yaxşı münasibətdədir". Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyəti Siyasi Şurasının üzvü Eldar İbrahimov sabiq deputat Maksim Musayevin hakim partiyanın rəhbərliyinə, o cümlədən, onun özünə qarşı olan növbəti ittihamlarına münasibətini bildirərkən dilə gətirib. "Amma kim bu münasibəti fərqli görürsə, özü bilər. Münasibət pis olsaydı, "köhnə qvardiya"nın üzvü Zahid Qaralovun bu günlərdə 80 yaşı o cür yüksək səviyyədə qeyd olunmazdı. "Şərəf" ordeni verildi, bundan artıq olacaq?" - deyən YAP rəsmisi hesab edir ki, M.Musayev özünü düz-əməlli aparsın, bir ayaq yeri qoysun. "Partiyada ayaq yeri, üz qoymayıbsa, indi kimə danışır ki?".

E. İbrahimov mətbuata açıqlamasında həmçinin, M. Musayevin xüsusilə, YAP-ın sədr müavini icra katibi Əli Əhmədov haqda ittihamlarını sərt təpki ilə qarşılayaraq qeyd edib ki, sözügedən şəxs Xalq Cəbhəsinin ən güclü vaxtında universitetdə müəllim işləməsinə baxmayaraq, "91-lər"in üzvü kimi məlum proseslərdə iştirak edib, amma M. Musayev qaçıb Xızıda gizlənib: "Düzdür, Maksim Musayev Naxçıvana gəlib, partiyanın qurultayında iştirak edib. Mən Naxçıvandaydım, gəlib-gedən adamları görürdüm. Ancaq ondan sonra Maksim Musayev yox olub. Biz hakimiyyətə gələndən sonra isə o, Xızıda başçı işləyirdi.  Xızıdan işdən çıxarılandan sonra təzədən gəldi ki, "partiyanı yaradanlardan biri mənəm". O, partiya yaratmayıb. Heç kəs partiya yaratmayıb. YAP-ı yaradan Heydər Əliyev, Heydər Əliyevin ətrafındakı insanlar olub. O insanlardan, minlərlə adamlardan biri Maksim Musayev olub. Burda var ki?"

"O, daha çox Əli Əhmədovun AMİP-in üzvü olmasına istinad edir. Bu barədə fikriniz nədir" sualına cavabında isə E. İbrahimov bunları deyib: "Əli Əhmədov haqqında o, deyirsə, bunlar böhtandan başqa bir şey deyil. Heç olmasa öz yaşına hörmət etməli, yaşından utanmalıdır, belə danışmamalıdır".

KAMİL

 





16.07.2014    çap et  çap et