İyulun 16-dan Rusiya paytaxtı Moskvanın Tver Rayon Məhkəməsində azərbaycanlı vəkillər, ər-arvad Sadiq və Elmira Məmmədovların deputat Vladimir Jirinovskiyə qarşı qaldırdığı iddiaya baxılır.
Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski 2014-cü ilin martın 11-də parlamentin tribunasından Azərbaycan xalqı barədə belə deyib: “Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər – Xəzər dənizi, baca – yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət deyil axı”.
“Media forum” saytının məlumatına görə, Məmmədovlar məhkəmədən Azərbaycan xalqının şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş Jirinovskinin, eləcə də Dövlət Dumasının məsuliyyətə cəlb olunmasını xahiş ediblər.
Sadiq və Elmira Məmmədovlar rusiyalı deputatdan ifadələrini təkzib etməyi və 100 milyon rubl (2 milyon 280 min manat) məbləğində kompensasiya ödəməsini tələb edirlər.
çap et