525.Az
Bakıda avtomat satan şəxs tutulub
Bakı sakini avtomat satarkən tutulub.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Bağırov “Kalaşnikov” markalı avtomat silahı, 1 ədəd patron darağını və 5 ədəd patronu satarkən tutulub.
16.07.2014
çap et