525.Az

Moskvada “oğru dünyası”nın 68 üzvü tutuldu


 

Moskvada “oğru dünyası”nın 68 üzvü tutuldu<b style="color:red"></b> Moskva polisi cinayətkar qruplaşmaların 68 nümayəndəsini saxlayıb.
 
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “oğru dünyası”nın təmsilçiləri iyulun 15-də Rusiya paytaxtının şərqində görüş keçirməyi planlaşdırsalar da, hüquq-mühafizə orqanlarının əməkdaşları buna imkan verməyiblər.
 
İstintaqın məlumatına əsasən, görüşün təşkilatçısı 31 yaşlı Tacikistan vətəndaşıdır. O, Moskva ərazisində 10-dək silahlı hücumun təşkilində günahlandırılır.
 
Saxlanılan şəxslər hazırda Moskvanın ayrı-ayrı polis şöbələrindədir. Onların bu və ya digər cinayətlərin törədilməsində iştirak edib-etmədikləri araşdırılır.
 





16.07.2014    çap et  çap et