525.Az

Böyük Vətən müharibəsi əlillərinə avtomobil verildi


 

Böyük Vətən müharibəsi əlillərinə avtomobil verildi<b style="color:red"></b> Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi daha 100 nəfər əlilə minik avtomobili təqdim edib.

APA TV-nin xəbərinə görə, bu dəfə avtomobillər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərə verilib. Onlardan 52 nəfəri Böyük Vətən müharibəsi əlili, 5 nəfəri Çernobıl AES əlili, qalanları isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.
 
Bildirilib ki, ƏƏSMN bu ilin aprel-may aylarında 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə minik avtomobili verib.
 
ƏƏSM-nın Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib ki, daha 100 nəfərə avtomobil verilməsi ilə 2014-cü ilə qədər növbədə durmuş 1533 nəfərdən 1100-i avtomobillərlə təmin ediləcək.
 
Avtomobil sahibi olan əlillər isə neçə ildir, bu anı gözlədiklərini deyiblər.
 





16.07.2014    çap et  çap et