525.Az

İranda 20 şagird zəhərlənib


 

İranda 20 şagird zəhərlənib<b style="color:red"></b>

Təbrizdə qızlar məktəbində 20 şagird zəhərlənib. 

525.az İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına istinadən xəbər verir, Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin rəhbəri Əsgər Cəfəri məsələ ilə bağlı mətbuata məlumat verib. 

Cəfəri: "Təbrizin Bağmişeh rayonundakı bir məktəbdə təhsil alan 20 şagird tənəffüs çətinliyi və nəfəs darlığı şikayətləri ilə Sina Xəstəxanasına aparılıb", - deyib. İran rəsmisi bildirib ki, tələbələrin ümumi vəziyyəti yaxşıdır.

Malik Atilay

 





05.04.2023    çap et  çap et