525.Az

İlham Əliyev Putinə başsağlığı verdi


 

İlham Əliyev Putinə başsağlığı verdi<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Moskva metrosunda baş vermiş qəzada dünyasını dəyişən insanlara görə Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib. 

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, prezidentin başsağlığı məktubunda deyilir: “Moskva metrosunda qəza nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

 

 





16.07.2014    çap et  çap et