525.Az

Gürcüstanın Rusiyadakı sabiq səfirinin meyiti tapılıb


 

Gürcüstanın Rusiyadakı sabiq səfirinin meyiti tapılıb<b style="color:red"></b>

Gürcüstan paytaxtı Tbilisidə bu ölkənin Rusiyadakı sabiq səfiri Erosi Kismarişvilinın iyulun 15-i axşam meyiti tapılıb.

“Media forum” saytının məlumatına görə, hüquq mühafizə orqanları 49 yaşlı sabiq səfirin meyitini onun evinin qarajındakı avtomobilindən tapıblar. Meyitin yanında silah da aşkarlanıb.

1994-2003-cü illərdə “Rustavi-2” telekanalının təsisçisi və baş direktoru olmuş Kismarişvilinın ölümü haqda müxtəlif versiyalar səslənir. Hüquq mühafizə orqanları onun intihar etdiyini bildirir. Gürcüstan Daxili İşlər Nazirliyində “İntihar həddinə çatdırma” maddəsi ilə iş qaldırılıb.

Kismarişvilinin mətbuat xidməti isə siyasətçinin öldürüldüyünü iddia edir.

Kismarişvili Tbilisi Dövlət Tibb İnstitutunu bitirib. İxtisasca uşaq həkimi olub. 2004-cü ildə Gürcüstanın Ticarət-Sənaye Palatasının prezidenti seçilib. 2008-ci ildə Gürcüstanın Rusiyada səfiri işləyib. Son illər biznes və siyasətlə məşğul olub.

 

 





16.07.2014    çap et  çap et