525.Az

”Azərbaycan ədəbiyyatında öz səsi, öz sözü olan şairə  Nigar Rəfibəyli” təqdim edilib


 

”Azərbaycan ədəbiyyatında öz səsi, öz sözü olan şairə  Nigar Rəfibəyli” təqdim edilib<b style="color:red"></b>

        F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  Elmi-metodika şöbəsi tərəfindən  azərbaycanlı şair, tərcüməçi Nigar Rəfibəylinin 110 illik yubileyi münasibətilə Azərbaycan ədəbiyyatında öz səsi, öz sözü olan şairə  Nigar Rəfibəyli” - adlı metodik vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilmişdir.

       525.az xəbər verir ki, metodik vəsaitin əvvəlində görkəmli şəxslərin Nigar Rəfibəyli haqqında fikirləri yer almışdır. Metodik vəsaitin  I hissəsində Nigar Rəfibəylinin həyat yolu həmçinin təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları haqqında məlumat verilib. II hissə də isə metodik köməklik məqsədilə Nigar Rəfibəylinin yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı verilmişdir.

      Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulmuşdur. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının  fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.

Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2023/az-rbaycan-d-biyyatinda-oz-s-si-oz-sozu-olan-sair-nigar-r-fib-yli

 





06.04.2023    çap et  çap et