525.Az

"SpaceX" gələn həftə "Starship"i buraxmağı planlaşdırır


 

"SpaceX" gələn həftə "Starship"i buraxmağı planlaşdırır<b style="color:red"></b>

"SpaceX" şirkətinin verdiyi açıqlamaya görə, nəhəng "Starship" raketi gələn bazar ertəsi orbitə buraxılacaq.

525.az xəbər verir ki, 120 metr yüksəkliyindəki raket, İlon Maskın Marsı koloniyalaşdırmaq planlarının mərkəzində dayanır. Bundan əlavə, artıq NASA ilə Aya astronavtların göndərilməsi üçün mekik kimi istifadə edilməsinə dair razılaşmalar aparılır. İndiyə qədər yaradılmış ən böyük raket "SpaceX"in Texasdakı Starbeys obyektindən qalxmalı və hər hansı bir ekipaj və ya yük daşımadan əvvəl orbital uçuş sınağını tamamlamalıdır.

Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bu həftə planlaşdırma elanı dərc edərək, gözlənilən buraxılış tarixinin 10 aprel, ehtiyat tarixlərin isə 11 və 12 aprel olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





06.04.2023    çap et  çap et