525.Az

Milyarderlərin sayı və sərvətləri açıqlanıb


 

Milyarderlərin sayı və sərvətləri açıqlanıb<b style="color:red"></b>

Amerikanın biznes jurnalı "Forbes"in Milyarderlər Siyahısındakı adamların sayı bu il 2640 nəfərə və milyarderlərin ümumi sərvəti isə 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb.

525.az “Forbes” jurnalının bu il 37-ci dəfə dərc etdiyi “Milyarderlər Siyahısı”na əsasən xəbər verir ki, dünya üzrə milyarderlərin sayı əvvəlki illə müqayisədə 28 nəfər azalaraq 2640 nəfərə düşüb və ardıcıl ikinci azalma qeydə alınıb. 

İqtisadi təlatüm dövlət və özəl sektoru vurduqca milyarderlərin sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb. Ötən il "Twitter"i yüksək qiymətə aldıqdan sonra "Tesla" şirkətinin səhmləri ucuzlaşan İlon Mask milyarderlər siyahısında 1-ci yerdən 2-ci yerə düşüb. 

Maskın sərvəti keçən illə müqayisədə 39 milyard dollar azalaraq təxminən 180 milyard dollar olaraq hesablanıb. Lüks mallar nəhəngi LVMH-nin sədri Bernard Arnault 211 milyard dollarlıq sərvətlə siyahıya başçılıq edir.

Beləliklə, ilk dəfə olaraq siyahının başında Fransa vətəndaşı olub.

Malik Atilay

 





06.04.2023    çap et  çap et