525.Az

Putin ve Lukaşenko Moskvada görüşüb


 

Putin ve Lukaşenko Moskvada görüşüb<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvada Blearus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

525.az xəbər verir ki, Rusiya Prezidenti Putin açıqlamasında: “Deməliyəm ki, bütün sahələrdə birgə fəaliyyətimiz nəticəsində çox şey əldə olunub. Bütün bunları müzakirə edəcəyik. Bu, həm də bizim beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizə və dövlətlərimizin təhlükəsizliyini təmin etmək üçün məsələlərin birgə həllinə aiddir”, - deyə bildirib.

Rusiya bu yaxınlarda Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək planını açıqlayıb. Sözügedən plan Qərb və Ukrayna hakimiyyətinin reaksiyasına səbəb olub.

NATO-nun verdiyi açıqlamada sözügedən planın məsuliyyətsiz addım olduğunu bildirib: “Rusiyanın nüvə ritorikası təhlükəli və məsuliyyətsizdir. NATO həyəcan vəziyyətindədir və biz vəziyyəti diqqətlə izləyirik. Rusiyanın nüvə ilə bağlı mövqeyini dəyişməsinin bizim mövqeyimizi dəyişməsində hər hansı bir səbəb görmürük. Biz bütün NATO müttəfiqlərini qorumaq və müdafiə etmək əzmindəyik".

Belarus müxalifəti isə sözügedən planın ölkə konstitusiyasına zidd olduğunu bildirib: “Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi birbaşa Belarus konstitusiyasını pozur”.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama verib. “Rusiya Federasiyasının Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək niyyəti ilə bağlı son bəyanatı cinayətkar Putin rejiminin növbəti təxribat addımıdır və bu addım Nüvə Silahlarının Yayılmaması müqaviləsinin prinsiplərini pozur. Kremlin suveren dövlətə qarşı apardığı müharibədə insanlığa qarşı dəhşətli cinayətlərə və müharibə cinayətlərinə baxmayaraq, Rusiya döyüş meydanında qalib gələ bilməyəcəyini də göstərir”, - Ukrayna XİN-dən bildirilib.

Fərid Sançar

 





06.04.2023    çap et  çap et