525.Az

Türkiyədəki zəlzələ fəlakəti "Kardeş kalemler" dərgisində


 

Türkiyədəki zəlzələ fəlakəti "Kardeş kalemler" dərgisində<b style="color:red"></b>

Fevralın 6-da qardaş Türkiyədə baş verən və "Əsrin fəlakəti" adlanan Kahramanmaraş mərkəzli zəlzələ bütün Türk dünyasını sarsıtdı. Dünyanın dörd bir yanından dövlətlər Türkiyənin köməyinə tələsərkən ədəbiyyat nümayəndələri də öz hisslərini qələmin, poeziyanın köməyi ilə dilə gətirdilər. Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan "Kardeş kalemler" dərgisinin mart sayında sözügedən zəlzələyə həsr olunmuş həmin ədəbi nümunələr yer alıb.

Bu günlərdə işıq üzü görən "Kardeş kalemler" dərgisinin yeni sayında Türkiyədən Əbdülmukaddes Qutlu, Abdullah Satoğlu, S.Bürhanəddin Kapusuzoğlu, Serkan Sayan, Ülkü Taşlıova, Hadi Önalın şeirləri, Əminə Özgençin "Hataya səsləniş" essesi, Muhittin Gümüşün "Depremle depreşen duyğular", Nurullah Çətinin "Türk dünyasının birliyi zəlzələ dağıntıları arasında qurulur" məqalələri, Necdet Ekicinin "Könül Fənəri", Osman Çeviksoyun "Qədim və dəyərli, ya da Əzayıldan qaçan adam", Edda Yaşarın "Bir ümid", Demet Bilginin "Bir uşaq mahnısı", Nejla Ortanın "Toz", Rəfiqə Okulu Gürkanın "Ümidə açılan yol", Mahir Nakipin "Yeşeren Ümid" hekayələri çap olunub.

Azərbaycandan Aidə Eyvazlı Göytürk, Vaqif Aslan, Rəsmiyyə Sabir, Əli Aşıq, Banu Muharrem, Coşqun Xəliloğlu, Fərqanə Yusifqızı, Elmar Hüseynov, Etibar Həsənzadə, Maha, Namiq Dəlidağlı, Rəhilə Qaralova, Səbuhi Qurbanov, Sevinc Arzulu, Təranə Turan Rəhimli, Valeh Qoca, Teymur Padar, Vüsal Hatəmov, Xəqani Həbiboğlu, Zaur İlhamoğlunun şeirləri, Şahanə Müşfiqin "Yaşamağa gecikməyək!", Qulu Ağsəsin "Savaş - Qardaşın digər adı və ya in God We Trust..." esseləri, Kənan Novruzovun "Türkün növbəti sınağı və ya Canımız yanır, canımız...", Şahnaz Şahinin "Yeni yuvan mübarəkdi, Əbdülqadir", Şəfa Vəlinin "Dərdəcər.." yazıları, Zemfira Məhərrəmlinin "Nöqtə boyda həyat işığı" hekayəsi də dərgidə çap olunmuş zəlzələ mövzulu əsərlərdir.

Xalq şairi Bəxtiyar Vahabzadənin 1999-cu il Mərmərə zəlzələsindən sonra yazdığı "Deprem" şeiri Türkiyə-Azərbaycan qardaşlığını dilə gətirən nümunə kimi jurnalda yer alıb. 

Qazaxıstandan Davlethan Abilhayırulı, Kasımhan Begmanov, Tanatar Darelov, Kuat Adis, Jumaş Kenebayı, Mukaş Seytkazinov, Şayahmet Alcambay, Juldızay Iskak, Janılhan Asılbekova, Şemşiya Jubatova, Kairat Bisembayev, Əfqanıstandan Haşim Hemdem, İraq Kərkükdən Əli Yağmuroğlu, Həsən Bərbəroğlu, Dağıstan Kumukdan Bahavutdin Adcamatov, Özbəkistandan Amir Hudoyberdi, Bəxtiyar Yoldaşev, Süleyman Şadiyev, Muhammed İsmail, Suyun Namoz, Axtamquli, Babur Babamurad, Dilşad Şükür, Fazil Fərhad, Hafizə Egamberdıeva, Jasur Rahmon, Lola Sabirova, Mirzohid Botirov, Muhayyo Rüstəmqızı, Nosirjon Jo'rayev, Nazirə Boymurodova, Özodbek Sattorov, Roza Artıkbayeva, Umida A'zam, Yoldaş Eşbek, Yahya Fayaz, Zikrilla Ne'mat, Tatarıstandan Remis Aymet, Saniyə Ehmetcanova, Uyğurdan Devran, Muhammed Abdumijit, Patigül Mahsetova şeirləri ilə bu saydadırlar. 

Qırğızıstandan Bayan Akmatov, Altınbek İsmailov, Atantay Akbarov, Taştanbek Çakiyev, Tolukbek Bayzak, Anisa Kurmanbekova, Cıldızbek Tursunbayev, Bahpurbek Alenov, Gülzada Stanaliyeva, Süleyman Rısbayev, Ömürbek Tillebayevin şeirləri, Dastanbek Razak Uulunun "1911 Türküstan zəlzələsinə Osmanlı yardımı" məqaləsi, Kosovadan Enis Muzbeg, İskəndər Muzbegin şeirləri, Canset Mulaşabanın "İlk və son", Su Yusufun "İnsan" hekayələri, Makedoniyadan Bega Dançevskanın "Səslə gələn qurtuluş", Burcu Aliyinin "Atəş", Gülay Alçenin "Sönməyən Atəş" hekayələri, Qaqauz elindən Todur Zanetin "Dəyərli Türkiyəm yenə yas içində" essesi, Başqırdıstandan Gülnaz Kutuyevanın "Hamımıza bir Yer kürəsi",

Şimali Kipr Türk Cümhuriyyətindən Həvva Təkinin "Çempion mələklər komandası..." yazıları, Krımdan Zera Bəkirovanın "Zeynəb xanım, qorxma!" hekayəsi ilə Türkiyənin dar günündə öz dəstəklərini ifadə ediblər. 

Sonda Türk dünyasının müxtəlif yerlərindən zəlzələ ilə bağlı xəbərlər, başsağlığı mətnləri yer alıb.

Şahanə MÜŞFİQ

 





07.04.2023    çap et  çap et